Rusiya hərbi cinayətlərin arxasında duranların hamısını cəzalandırmağa çalışacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Belə ki, o, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İdarəsinin əsir götürülmüş Rusiya hərbçilərinə işgəncə verilməsi ilə bağlı hesabatını şərh edib.
“Kiyev rejiminin bütün hərbi cinayətləri diqqətlə sənədləşdirilib. Biz bu cinayətlərdən yaxşı xəbərdar idik. Və təbii ki, biz bu cinayətlərin arxasında duranların layiqli cəzalarını almasını təmin edəcəyik”, - Kreml nümayəndəsi əmin edib.
Qeyd edək ki, martın 27-də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında dərc edilmiş hesabata əsasən, BMT ekspertləri Ukraynanın 6 regionunda saxlanılan 44 rusiyalı hərbçidən müsahibə götürüblər. Onlar bu müəssisələrdə işgəncə halları barədə məlumat verməyiblər, lakin əsirlikdə və sonradan təcridxanalara aparılarkən onlara qarşı döyülmə və pis rəftarın olmasından danışıblar.
QAZİLER.AZ