Kremlin sözçüsü Dmitri Peskov Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktından sonra ilk günlər prezident Vladimir Putinin səfərinin yersiz olduğunu bildirib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onun sözlərinə görə, dövlət başçısının faciə yerində olması operativ qərargahın işinə mane olacaqdı.
“İlk günlər hadisə yerinə səfər etmək qeyri-mümkündür, çünki bu, sadəcə olaraq yerində təşkil olunmuş qərargahın işinə mane olacaqdı”, - Peskov bildirib.
Peskov bildirib ki, Putinin hələ ki, həlak olanların yaxınları ilə görüşmək planları yoxdur.
QAZİLER.AZ