Rusiya vətəndaşlığını qəbul edən aktyor Stiven Siqal “Krokus Siti Holl”da baş vermiş terror aktının qurbanlarına baş çəkib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, Stiven Siqal terror aktının qurbanı olan üç nəfərə baş çəkib.
“Baş verənlər baş verməməli olan dəhşətli faciə idi. Biz bunu edənləri tanıyırıq. Düşünürəm ki, biz bunun arxasında duran insanları tanıyırıq. Düşünürəm ki, Rusiya nümunə göstərəcək və bütün dünya başa düşəcək ki, kimsə bunu istənilən xalqa qarşı edə və bu, cəzasız qala bilməz”, - deyə aktyor bildirib.
Siqal həmçinin bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb və həkimlərə əməyinə görə təşəkkür edib.
Xatırladaq ki, “Crocus”da terror aktı martın 22-də axşam “Picnic” konserti zamanı baş verib. Silahlı hücum, ardınca yanğın və partlayışlar nəticəsində 140 nəfər həlak olub, 180-dən çox insan yaralanıb.
QAZİLER.AZ