Britaniya Keyt Middlton ətrafında yayılan şayiələrdə 3 ölkəni günahlandırır

Britaniya Keyt Middlton ətrafında yayılan şayiələrdə  3 ölkəni günahlandırır backend

Britaniya hakimiyyəti hesab edir ki, Uels şahzadəsinin səhhəti ilə bağlı şayiələr Rusiya tərəfindən yayılıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hökumət Çin, Rusiya və İranın mövqeyindən narahatdır. Onların fikrincə, ölkədə vəziyyəti qarışdırmaq məqsədilə şahzadə haqqında qəsdən nəzəriyyələr yayırlar. Nəşr həmçinin əlavə edib ki, ölkələr sosial şəbəkələrdə şayiələr yaymaqla məşğuldur.

Martın əvvəlində şahzadə sosial şəbəkələrdə oğulları və qızlarının əhatəsində göründüyü bir fotoşəkil yayımladı. Şahzadə Uilyamın həyat yoldaşı paylaşdığı ailə şəkli ilə pərəstişkarlarını Analar Günü münasibətilə təbrik edib.

Martın 22-də Uels şahzadəsi Kate Middleton niyə ictimaiyyətə çıxmağı dayandırdığını rəsmən açıqladı. Belə ki, yanvar ayında əməliyyatdan sonra şahzadənin qarın nahiyyəsində xərçəng aşkar edilib.

QAZİLER.AZ

Diaspora