Latviyada rusiyalı diplomatlardan biri persona non-qrata elan edilib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, məmura aprelin 10-dək ölkəni tərk etmək əmri verilib.
Məlumatda qeyd edilib ki, Latviya Respublikasının xarici işlər naziri Rusiya səfirliyinin diplomatlarından birini persona non-qrata elan etmək qərarına gəlib. Qeyd edilib ki, rusiyalı diplomat aprelin 10-dək Latviyanı tərk etməlidir.
Rusiya Xarici İşlər Nazirliyi sözügedən qərarla bağlı cavabında bildirib ki, Moskva Latviyanın rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına cavab verəcək.
QAZİLER.AZ