Rusiyada əhalinin sayı 600 milyona çatdırıla bilər

Rusiyada əhalinin sayı 600 milyona çatdırıla bilər backend

Ümumdünya Rusiya Xalq Şurasının fövqəladə konqresində qəbul edilən sənədə əsasən, Rusiya qarşısına əhalinin sayını 600 milyon nəfərə çatdırmağı hədəf qoymalıdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu göstəriciyə 100 ildən sonra nail olmaq təklif olunur.

“Dövlət öz qarşısına uzunmüddətli strateji məqsəd qoymalıdır - 100 ildən artıq davamlı demoqrafik artım, Rusiya əhalisini 600 milyona çatdırmaq”, - mətndə deyilir.

Martın 26-da Rosstat Rusiyada doğum səviyyəsinin çoxillik minimuma çatdığını bildirib. 2023-cü ildə ölkədə ümumi doğum əmsalı 1,41-ə qədər azalıb.

QAZİLER.AZ

Diaspora