Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təşəbbüsü yaxşı hazırlanmayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Latviyanın baş naziri Evika Silina bildirib. Onun sözlərinə görə, NATO buna hazır deyil.
“Qoşunlarla bağlı düşünmürəm ki, bu təşəbbüs çox yaxşı hazırlanıb, çünki bu barədə müzakirələr hələ formalaşmayıb. Qoşunların göndərilməsindən danışarkən, düşünürəm ki, biz NATO-da buna hazır deyilik”, - Silinya bildirib.
QAZİLER.AZ