Çexiyanın baş naziri Petr Fiala ölkəsinin “Başqa Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuka, “Avropanın səsi” portalına və prodüser Artem Marçevskiyə qarşı sanksiyalar tətbiq etdiyini bildirib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, ölkənin Nazirlər Kabineti “Rusiyayönlü şəbəkə” ilə mübarizə məqsədilə bu şəxslərin sanksiya siyahısına daxil edilməsi barədə qərar qəbul edib.
Biz milli sanksiyalar siyahısına üç qurumu - iki fiziki və bir hüquqi şəxsi əlavə etməklə onu genişləndirmək qərarına gəldik. Bu qrupun fəaliyyəti Çexiya hüdudlarından kənara çıxıb, o, həm də Avropa Parlamenti istiqamətdə inkişaf edir”, Fiala bildirib.
QAZİLER.AZ