Rusiya terror aktından sonra hansı təhlükə ilə üzləşə bilər? - ŞƏRH

Rusiya terror aktından sonra hansı təhlükə ilə üzləşə bilər? -  ŞƏRH backend

“Krokus Siti Holl”da törədilən terror aktından sonra Rusiya etnik ədavət təhlükəsi ilə üzləşə bilər.

Qaziler.az xəbər verir ki, bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “NEWS.ru”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya cəmiyyətində ölkədəki liberal miqrasiya siyasəti ilə bağlı böyük qıcıq var. İnsanlar hesab edirlər ki, miqrantlar özlərini nalayiq aparır və həyat keyfiyyətini aşağı salırlar.

“Hakimiyyət millətlərarası nifrət təhlükəsini çox yüksək hesab edir, ona görə də hadisədən dərhal sonra millətlərarası sülhü dəstəkləyən bütün ictimai rəy liderlərinə tövsiyələr verilib. Hakimiyyət miqrantların, ilk növbədə taciklərin, özbəklərin və qırğızların təqibinə başlayacağından qorxur. Bu təhlükə çox ciddidir. Ona görə də bütün dövlət strukturları millətlərarası sülhün pozulmasının qarşısını almaq üçün səfərbər olunub”, - ekspert vurğulayıb.

Bundan əvvəl Patriarx Kirill Rusiyada miqrantların davranışından dolayı gərginliyin artması ilə bağlı narahatlığını ifadə edərək, bunun ölkədə dinlərarası və millətlərarası harmoniyaya təhlükə olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora