Ölkə daxilində ölüm hökmünə moratoriumun ləğvi ilə bağlı müzakirələrə peşəkarlar rəhbərlik etməlidir.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə “NEWS.ru”nun suallarını cavablandırarkən deyib. O, bütün bu cür söhbətləri təxirə salmağı xahiş edib.
“Bu müzakirələrə peşəkarlar rəhbərlik etməlidir. Bu ərazinin nümayəndəsi olmayan insanlar sizdən xahiş edirəm, Krokusda terror aktı zamanı yaxınları həlak olan insanlara hörmət göstərəsiniz. Bu müzakirə faciədən əziyyət çəkənlər üçün çox ağrılıdır. Onların hisslərini anlamaq lazımdır”, - Zaxarova bildirib.
Qeyd edək ki, bundan əvvəl LDPR lideri Leonid Slutski Rusiyada terrorçulara qarşı edam cəzasına qoyulmuş moratoriumun ləğvinə çağırış edib. O, həmçinin terrorizmə çağırışlara görə cəzaların sərtləşdirilməsini və cərimələrin həbslə əvəz edilməsini də təklif edib. “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironov da ölüm hökmünün qaytarılması məsələsinin referenduma çıxarılmasını təklif edib.
QAZİLER.AZ