Texas ştatında təbiət yanğınları tüğyan edir

Texas ştatında təbiət yanğınları tüğyan edir backend

ABŞ-ın Texas ştatının Bastrop dairəsində təbiət yanğınları 25 yaşayış evini məhv edib, daha 150 evi də eyni aqibət gözləyir. 400 evin sakininə isə təhlükəsiz ərazilərə köçmək tövsiyə edilib.


AZƏRTAC xəbər verir ki, fövqəladə vəziyyətlərə dair yerli idarənin nümayəndəsi alovun 1500 hektar ərazidəki hər şeyi tamamilə məhv etdiyini deyib. Ərazinin yalnız dörddəbir hissəsində yanğınların yayılmasının qarşısını almaq mümkün olub. İsti və quraqlıq yaranmış vəziyyəti daha da çətinləşdirir. Hazırda fəlakət zonasında havanın hərarəti 40 dərəcəyə çatır.

Texas ştatının qubernatoru Qreq Ebbott Bastrop dairəsini təbii fəlakət bölgəsi elan edib. Bu da ştat rəhbərliyinə yanğınla mübarizəyə əlavə resurslar cəlb etməyə imkan verir.

Xatırladaq ki, 2011-ci ildə baş verən təbiət yanğınları Texas ştatında 1,6 min evi məhv etmiş və iki nəfərin ölümünə səbəb olmuşdu.
Diaspora