Rusiya-Latviya sərhədində yük maşınlarının böyük tıxacları yaranıb.
Qaziler.az bildirir ki, bu barədə Kalininqrad vilayətinin gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.
Martın 27-nə olan məlumata görə, Çernışevskoye keçid məntəqəsinin qarşısında 180 yük maşını var və daha 25-ə yaxın yük maşını Kalininqrad gömrükçüləri tərəfindən rəsmiləşdirildikdən sonra neytral zonada dayanıb.
Qeyd olunur ki, regiona giriş üçün növbə yoxdur. “Çernışevskoe keçid məntəqəsinin əməkdaşları gün ərzində Litvaya gedən 68 və Rusiya Federasiyası ərazisinə daxil olan 130 yük maşını qeydə alıblar”, - məlumatda deyilir.