Fransua Olland: “ ...Rusiya, ABŞ, Fars körfəzi ölkələri və İran birgə işləməlidir“

Fransua Olland: “ ...Rusiya, ABŞ, Fars körfəzi ölkələri və İran birgə işləməlidir“ backend

“Suriyadakı böhranın siyasi yolla həlli üçün Rusiya, ABŞ, Fars körfəzi ölkələri və İranın birgə işləməsi vacibdir”.

APA-nın verdiyi məlumata görə, bunu Avropa İttifaqı sammitindən sonra Fransa prezidenti Fransua Olland deyib.

O bildirib ki, iclas zamanı Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri Suriya məsələsinə toxunublar: “Biz siyasi prosesə başlamalıyıq və elə etməliyik ki, bu prosesdə Suriya cəmiyyətinin bütün komponentləri iştirak etsin. Fransa, Böyük Britaniya və Almaniya eyni istiqamətdə hərəkət edəcək. Şübhəsiz ki, regionla əlaqəsi olan Fars körfəzi ölkələri və İran, o cümlədən bu məsələyə cəlb olunan ABŞ və Rusiya kimi böyük ölkələrlə bu istiqamətdə əlaqələr qurulacaq”.

Bununla yanaşı F. Olland Bəşər Əsədin Suriyanın gələcək prezidenti ola bilməyəcəyini də vurğulayıb.
Diaspora