Barselonada İŞİD tərəfdarı həbs edilib

Barselonada İŞİD tərəfdarı həbs edilib backend

İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Barselonada "İslam Dövləti"nin  tərəfdarını həbs ediblər.

Qaziler.az bildirir ki, bu barədə martın 27-də İspaniyanın Mülki Qvardiyası X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Barselonada İŞİD terror təşkilatı ilə əlaqədə olan bir nəfər həbs edilib”, - məlumatda deyilir.

Mülki Qvardiya izah edib ki, qruplaşma ilə əlaqələrdən əlavə, şübhəlinin həbsinə səbəb onun terrorçu ədəbiyyatı və partlayıcı maddələrin istehsalı üçün təlimatları tərcümə edib yaymasıdır.

Hüquq-mühafizə orqanları əlavə edib ki, belə cinayətkarların tutulması üçün milli və beynəlxalq əməkdaşlıq vacibdir.

QAZİLER.AZ

Diaspora