İndoneziyanın Marapi vulkanı 1,5 km hündürlüyə kül püskürüb

İndoneziyanın Marapi vulkanı 1,5 km hündürlüyə kül püskürüb backend

İndoneziyanın Qərbi Sumatra əyalətində Marapi vulkanı püskürüb.

Qaziler.az bildirir ki, bu barədə martın 27-də İndoneziya Vulkanologiya Mərkəzinə istinadən Sinxua agentliyi məlumat yayıb.

Mütəxəssislərin fikrincə, püskürmə təxminən 54 saniyə davam edib və bu müddət ərzində vulkan 1,5 km hündürlüyə kül püskürüb.

Bununla əlaqədar olaraq yerli sakinlərə vulkandan 4,5 km aralıda olmaları tövsiyə edilib, həmçinin soyuq lavanın yaxınlıqdakı çaylara daxil olması təhlükəsi barədə xəbərdarlıq edilib.

Məlumatda xatırladıldığı kimi, 2023-cü ilin dekabrında Marapi püskürməsi nəticəsində ən azı 22 nəfər həlak olub.

İndoneziyada 500-dən çox vulkan var, onlardan 130-a yaxını aktivdir.

QAZİLER.AZ

Diaspora