Serbiyanı çətin günlər gözləyir - Vuçiç

Serbiyanı çətin günlər gözləyir - Vuçiç backend

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsini çətin günlərin gözlədiyini bildirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Vuçiç son 48 saatda indi demək asan olmayan xəbər aldıqlarını açıqlayıb.

Serbiya Prezidenti Aleksandar Vucic sosial media hesabında etdiyi paylaşımda ölkəsini çətin günlərin gözlədiyini, yaxın günlərdə bu barədə serb xalqını məlumatlandıracağını açıqlayıb.

Paylaşımında son 48 saat ərzində indiki vaxtda demək asan olmayan xəbər aldıqlarını ifadə edən Vuçiç: “Onlar həm Serbiyanın, həm də Serb Respublikasının (Bosniya və Herseqovinadakı iki qurum) həyati milli maraqlarını birbaşa təhlükə altına qoyurlar", - dedi.

Vuçiç öz paylaşımında: "Çətin olacaq, çox çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək" deyib. 

Digər tərəfdən Serbiyanın müdafiə naziri Miloş Vuçeviç Serbiya Radio Televiziyasına (RTS) Kosovonun Avropa Şurasına üzvlük müraciətinin bu gün keçiriləcək sessiyada müzakirə ediləcəyini dəyərləndirib.

QAZİLER,AZ

Diaspora