İraq ordusu Beyci şəhərində yerləşən ölkənin ən nəhəng neft kompleksini İŞİD döyüşçülərindən geri almağa müvəffəq olub.
APA TV-nin xəbərinə görə, həmin kompleks İraqın ikinci böyük şəhəri İŞİD-in nəzarət etdiyi Mosul şəhəri yaxınlığında, strateji cəhətdən əhəmiyyətli yolun üzərində yerləşir.
Bildirilir ki, hökumət qüvvələrinin sas məqsədi təkcə neft emalı kompleksini deyil, bütövlükdə ölkəni İŞİD təhlükəsindən azad etməkdir. Bu istiqamətdə növbəti hədəf Siniyyədəki hərbi baza və Beycinin şimalındakı strateji cəhətdən vacib ərazilərdir.
Qeyd edək ki, İŞİD ölkənin başqa neft bazalarına da nəzarət edir və öz silah arsenalını əsasən "qara qızılın" satışından əldə olunan gəlir hesabına artırır.