Türkiyə Xarici İşlər Nazirliyi PKK terror təşkilatının tərəfdarı olan bir qrup şəxsin bu ölkənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğuna hücumu ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, xüsusən son illərdə Türkiyə hökumətinin həyata keçirdiyi uğurlu siyasi, hərbi tədbirlər nəticəsində terror təşkilatı küncə sıxışdırılıb və bu, təşkilatın Avropadakı tərəfdarlarını narahat etməyə başlayıb.
Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir ki, hücumdan dərhal sonra Almaniya rəsmiləri ilə əlaqə saxlanılıb və qarşı tərəfin diqqətinə çatdırılıb ki, rəsmi Berlin Türkiyə vətəndaşlarının, diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olmalıdır. (oxu.az)
Mənbə: Haber Global