Yaponiyada 100-dən çox insanı bu qidadan zəhərlənib

Yaponiyada 100-dən çox insanı bu qidadan zəhərlənib backend

Yaponiyada “Beni-koji” pəhriz əlavəsini qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yaponiyada Kobayashi Pharmaceutical Co. Şirkətdən verilən məlumata görə, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Xəstələrin əksəriyyətinin “böyrək xəstəliyindən” şikayət etdiyi bildirilib.

Yapon şirkəti sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqladı.

Nazirlik təcili yoxlama aparacaq

Səhiyyə Nazirliyi məhsulu istehlak edən 2 nəfərin öldüyünü, ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdiyini açıqlayıb.

Ölənlərdən birinin bu məhsulu 2021-ci ilin aprelindən 2024-cü ilin fevralına qədər istehlak etdiyi müəyyən edilib.

Nazirlik brendin məhsul kateqoriyasındakı təxminən 6 min məhsulda "sağlamlığa təhlükə" üçün təcili yoxlamalar aparacaq.

Rəsmi "Kyodo" agentliyi bildirir ki, 2023-cü ildə şirkət 18,5 ton “Beni-koji” tərkibli məhsul istehsal edib və bunun 16,1 tonunu 50-dən çox şirkətə satıb.

QAZİLER,AZ

Diaspora