Bu gün İrana səfər edən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib və Haniyə İranın HƏMAS-a dəstəyini təqdir edib:
“İran Fələstinin davası və xalqına dəstək məsələsində ön sıralardadır”.
Haniyə HƏMAS-ın mövqeyindən geri çəkilməyəcəyi barədə bəyanat səsləndirib.
“HƏMAS nə müharibənin ortasında, nə də ondan sonra heç vaxt mövqelərini tərk etməyəcək".
Mətbuat konfransı jurnalistlərin sualları cavablandırılmadan başa çatıb.