Daha bir ölkədə terror təhlükəsi - Polis hərəkətə keçdi

Daha bir ölkədə terror təhlükəsi - Polis hərəkətə keçdi backend

Rusiyanın paytaxtı Moskvada baş verən terror aktına görə İtaliya polisi də hərəkətə keçib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyindən göstəriş verilib.

Məlumata görə, həssas ərazilərdə mümkün təhlükələr nəzərə alınaraq təhlükəsizlik tədbirləri gücləndirilir.

Hazırda ibadət yerləri, səfirliklər, qatar stansiyaları və hava limanları kimi insanların sıx toplaşdığı yerlərdə təhlükəsizlik tədbirləri artırılır.

Qeyd edək ki, bundan əvvəl Almaniyada da İŞİD təhlükəsi olduğu barədə məlumat yayılmışdı.

 

 

Diaspora