Bir nömrəli "Qanun oğru" Şakro Molodoyu şərti azadlığa buraxmaq qərarına gəlmələrinin ilkin səbəbi onun görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsidir.
QAZİLER.AZ Lent.az-a stinadən bildirir ki, 71 yaşlı Zaxari Kalaşov 2019-cu ildə zorakılıq tətbiq edərək pul tələb etdiyi üçün Ust-Labinskdəki həbsxanaya göndərilib. Məhkəmə onun barəsində 9 il 10 ay müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Son vaxtlar o, demək olar ki, kor olub.
Martın 13-də məhkəmə onun səhhətinə görə şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Şakro martın 28-də azadlığa buraxılmalıdır.