Rusiyanın paytaxtı Moskvada baş verən qanlı terror aktına görə İtaliya polisi həssas ərazilərdə mümkün təhlükələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini gücləndirib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, İtaliyanın Daxili İşlər Nazirliyi ibadət yerlərində, səfirliklərdə, qatar stansiyalarında və hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirib.
Bundan başqa, martın 25-də Daxili İşlər Nazirliyində İctimai Asayiş və Təhlükəsizlik üzrə Milli Komitənin Moskvadakı terror aktından sonrakı vəziyyətin təhlilinə həsr olunmuş iclasının keçiriləcəyi bildirilib.