Kanada Çexiya təşəbbüsü çərçivəsində Ukrayna üçün mərmilərin alınması üçün 40 milyon Kanada dollarından çox (29,5 milyon dollar) ayıracaq.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə martın 19-da Kanadanın milli müdafiə naziri Uilyam Bleyr jurnalistlərə bildirib. Onun sözlərini Reuters agentliyi sitat gətirir.
Bleyer deyib ki, Ottava Kiyevə böyük miqdarda artilleriya sursatının alınması ilə bağlı Praqanın təşəbbüsü çərçivəsində maliyyə yardımı göstərəcək.
Ukrayna həmçinin Kanadadan gecəgörmə cihazları və dronların partiyasını alacaq.
QAZİLER.AZ