Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Samat Abiş vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub.
Qaziler.az bildirir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədr müavini, eks-prezident Nursulatan Nazarbayevin qardaşı oğlu Samat Abiş vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək 8 il şərti cəzaya məhkum edilib və məhkəmə zalında həbsdən azad edilib. Bu barədə Qazaxıstan Teleqraf Agentliyi məlumat yayıb.
Məhkəmənin fevralın 26-da qapalı keçirildiyi bildirilir. İclasın nəticəsinə görə Abış dövlət mükafatlarından məhrum edilsə də, əmlakı müsadirə edilməyib.
2022-ci il yanvarın 17-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Abış Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən azad edilib.
QAZİLER.AZ