Fələstin Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyasından (FİFA) İsrailə qarşı sanksiyalar tətbiq etməyi tələb edib.
Qaziler.az bildirir ki, müvafiq məktubun mətnini RİA Novosti təqdim edir.
Təşkilat İsrail klublarının və milli komandalarının beynəlxalq turnirlərdə iştirakını dərhal dayandırmağa çağırıb. Onlar həmçinin qeyd ediblər ki, israillilər FİFA-nın nizamnaməsini pozub, nəticədə Fələstində yerləşən komandalar öz liqalarına daxil edilib.
Bundan əlavə, Fələstin İsrail Futbol Assosiasiyasını ayrı-seçkilik və irqçiliyə qarşı tədbir görməməkdə ittiham edib. Məktubda döyüşlər nəticəsində Fələstinin futbol infrastrukturunun dağıdılmasından da şikayət edilib.
QAZİLER.AZ