Moldova rusiyalı nümayəndələri BMT sammitində görmək istəmədiyini bəyan etdi

Moldova rusiyalı nümayəndələri BMT sammitində görmək istəmədiyini bəyan etdi backend

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bildirdiyinə görə, Moldova Xarici İşlər Nazirliyi ona məlumat verib ki, Kişinyov Rusiya nümayəndə heyətini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2024-cü ilin mayında keçiriləcək sessiyasında görmək istəmir.

Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik.Moldova” agentliyi məlumat verib.

"Bu, Kişinyovdakı hakimiyyətin qeyri-dost münasibətini bir daha nümayiş etdirir... Biz Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin şərhini gözləyirik və bundan sonra müvafiq cavab tədbirləri hazırlanacaq", - o qeyd edib.

Moldova Rusiya nümayəndə heyətini istəsə onlayn danışmağa dəvət edib.

Diplomat əlavə edib ki, Moldova hakimiyyətinin müvafiq addımı cavabsız qalmayacaq.

QAZİLER.AZ

Diaspora