Rusiya prezidenti Vladimir Putin Rusiya FTX-nin kollegiya iclasında sərhəd qurumlarının döyüş qabiliyyətinin və mobil qrupların effektivliyinin artırılmasının zəruriliyini bəyan edib. Onun sözlərinə görə, bunu təkcə quruda deyil, dəniz yollarında da etmək lazımdır.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı bunun ilk növbədə Qara dənizə aid edilməli olduğunu vurğulayıb.
“Sərhəd orqanlarının döyüş qabiliyyətini və mobil qrupların təkcə quruda deyil, dəniz yollarında da effektivliyini daha da artırmaq lazımdır”, - Putin göstəriş verib.
QAZİLER.AZ