ABŞ Ukrayna Silahlı Qüvvələri üçün lazım olan hər şeyi Kiyevə təhvil vermək niyyətindədir. Vaşinqton Ukraynanın yıxılmasına imkan verməyəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Lloyd Ostin bunu Almaniyada Ukraynaya Ramşteyn formatında yardım göstərilməsi üzrə təmas qrupunun iclası başlamazdan əvvəl bildirib.
“Birləşmiş Ştatlar Ukraynanın yıxılmasına imkan verməyəcək... Biz Ukraynanı ehtiyac duyduğu resurslarla təmin etməyə sadiq qalırıq”, - o vurğulayıb.
ABŞ müdafiə naziri həmçinin etiraf edib ki, Rusiya qüvvələri irəlilədikcə Ukrayna qoşunları döyüş meydanında ağır şərtlərlə üzləşirlər.
QAZİLER.AZ