ABŞ PKK-ya silah verdi

ABŞ PKK-ya silah verdi backend

Kürd silahlıları ABŞ təyyarələrinin Suriya ərazisinə atdığı silah-sursatın bir hissəsini ələ keçirib.

APA-nın verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bildirib.

“Bildiyimə görə, silah-sursatın çox hissəsi Suriya ərəb qüvvələrinin, müəyyən hissəsi isə kürdlərin əlinə keçib”, - deyə o bildirib.

Kuk həmçinin İŞİD-lə mübarizə çərçivəsində ABŞ-ın Suriya müxalifətinə dəstəyini hazırkı mərhələdə və gələcəkdə davam etdirmək niyyətində olduğunu bir daha təsdiqləyib.

Bundan əvvəl KİV-lər ABŞ-ın hərbi yük təyyarəsinin Suriyanın mötədil müxalifətinə 50 ton silah-sursat çatdırdığını bildirmişdilər.



Diaspora