Maskdan etiraf: Bəzən depressiyadan əziyyət çəkirəm

Maskdan etiraf: Bəzən depressiyadan əziyyət çəkirəm backend

“SpaceX” və “Tesla”nın baş direktoru, “X” sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi Elon Musk bəzən depressiyadan əziyyət çəkdiyini və iki həftədə bir dəfə ketamin dərmanı qəbul etdiyini etiraf edib.

Qaziler.az xəbər verir ki, onun sözlərini CNN sitat gətirib.

Milyarderin sözlərinə görə, bəzən onun başında bir növ neqativ kimyəvi vəziyyət, bəlkə də depressiya yaranır. O, aydınlaşdırıb ki, bu vəziyyət heç bir neqativ xəbərlə bağlı deyil.

Musk CNN-in keçmiş aparıcısı Don Lemona deyib ki, o, gündə 16 saat işləyir və dəqiq düşünə bilmir və dərmanlar ona normallığı qorumağa kömək edir.

Telekanal qeyd edir ki, iş adamı depressiyasını anadangəlmə hesab edir və dərmanlardan istifadəsinin onun şirkətlərinə və onların dövlət müqavilələrinə hansısa formada təsir edəcəyini düşünmür.

Qeyd edək ki, ketamin bir çox ölkələrdə narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxildir.

QAZİLER.AZ

Diaspora