Rio-de-Janeyronun (Braziliya) qərbində meteoroloqlar 2014-cü ildən bəri ilk dəfə olaraq 62,3 dərəcə Selsilik rekord göstərici qeydə alıblar. Eyni zamanda, ölkənin cənubunda leysan yağışları və daşqınlar gözlənilir.
Səlahiyyətlilər həddindən artıq istiliyin orqanizmə təsiri, günəş yanığı və susuzlaşma risklərini aradan qaldırmaq üçün məşhur Rio, İpanema və Kopakabana çimərliklərini bağlamalı olublar.
Yerli medianın məlumatına görə, şəhər sakinləri və turistlər Tijuka Parkında sığınacaq axtarırlar.
Mütəxəssislər bu ekstremal hadisələri və hava şəraitinin qeyri-sabitliyini iqlim dəyişikliyi və El-Ninyo fenomeni ilə əlaqələndirirlər. Mövcud iqlim 1850-1900-cü illərlə müqayisədə artıq təxminən 1,2 dərəcə Selsi istiləşib, bu da quraqlıqların, daşqınların və istilik dalğalarının artmasına səbəb olub.
Mənbə: octagon.media / Oxu.az