Yaralı cüyür kömək üçün xəstəxananın həyətinə gəldi - VİDEO

Yaralı cüyür kömək üçün xəstəxananın həyətinə gəldi - VİDEO backend

Rusiyanın Primorye vilayətində yaralı cüyür kömək üçün xəstəxanada olan insanların yanına gəlib.

Qaziler.az xəbər verir ki, bu barədə “PrimaMedia.Primorye” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hadisə martın 19-da Arsenyev şəhərində baş verib. Lomonosov küçəsindəki xəstəxanaya yaralı cüyür gəlib. Buynuzları ağır yaralı olub, onlardan qan axırmış.

Cüyür baytarlar tərəfindən müayinə olunub. İlkin ehtimala görə, onun dəmir hasara dəyməsi nəticəsində xəsarət aldığı təxmin edilib.

Yaralı heyvan müalicəyə göndərilib. Yardım göstərildikdən sonra onun təbiətə buraxılması planlaşdırılır.

QAZİLER.AZ

Diaspora