Beynəlxalq Amnesty International təşkilatı Suriyanın şimalında Qərbin dəstəklədiyi kürd qüvvələrini əvvəllər İŞİD qrupunun nəzarətində olan kəndlərdən ərəb və türkmən əhalini zorla çıxarmaqda və onların evlərini dağıtmaqda ittiham edib. Kürd qüvvələri bu ittihamları rədd edib, Dövlət Departamenti isə iddiaların araşdırılacağını bildirib.
Suriyanın şimalında Hüseyniyyə kəndi. Amnesty buraya avqust ayında səfər dibvə bütün evlərin dağılıb yandırıldığının şahidi olub. Təşkilatın əldə etdiyi peyk təsivləri dağıntıların miqyasını göstərir.Amnesty-nin bildirdiyinə görə, Suriyanın şimalında İslam Dövləti qrupuna qarşı döyüşən Kürdüstan Xalq Müdafiə Birləşmələri YPG altı kəndi dağıdıb.
Amnesty International təşkilatının nümayəndəsi Diana Semaan: “YPG qüvvələri və kürd polisi Asayiş İslam Dövləti qrupundan nəzarəti ələ aldıqdan sonra kəndə gəlib xəbərdarlıq etmədən və heç nə götürməyə icazə verməyərək insanları evlərindən çıxmağa məcbur edir.”
Suriyanın Tel Diyab kəndində yaşayan Bassma və onun ailəsi Türkiyəyə qaçmağa məcbur olub. O, kürd qüvvələrinin kəndə gəldiyi günü təsvir edir.
Bassma, Tel Diyab kəndinin keçmiş sakini: “Məndən soruşdular ki, bu evi neçə ilə tikmisən. Dedim, 13-14 ilə. Onlar dedi ki, bir saata burada heç nə qalmayacaq.”
Amnesty minlərlə etnik ərəb və türkmənin kütləvi cəzalandırma kampaniyası çərçivəsində zorla evlərindən çıxarıldığını iddia edir.
Amnesty International təşkilatının nümayəndəsi Diana Semaan: “Bəzi sakinlər bizə deyib ki, İslam Dövləti qrupuna dəstək verən bir neçə adam var idi və onlar YPG gələn kimi İŞİD-lə kəndi tərk etdi. Lakin YPG bütün kəndi kütləvi şəklidə cəzalandırdı.”
YPG məcburi köçürülmə kampaniyasını rədd edir.
YPG qrupunun sözçüsü Redur Xəlil: “Hər şey qaydasına düşənə, ya da ərazi İŞİD-dən təmizlənənə qədər ən yaxşı həll yolu insanların cəbhə xəttindən çıxarılmasıdır. Bu, insanların buradan zorla, ya da bilərəkdən ərazilərdən çıxarılması demək deyil”.
Lakin Amnesty bildirir ki, insanların evləri dağılıb və onların geri qayıdacağına ümid çox azdır