Çin Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakdan İMTİNA EDİR

Çin Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakdan  İMTİNA EDİR backend

Çin Ukrayna üzrə sülh danışıqlarına Rusiya nümayəndələri dəvət olunmasa, iştirakdan imtina edə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” rəsmilərə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui səfəri zamanı Pekinin mövqeyini Avropa ölkələrinin hakimiyyət orqanlarına səsləndirib. Aydın olub ki, söhbət Ukrayna münaqişəsinin həlli üzrə İsveçrədə keçirilməsi planlaşdırılan sammitdən gedir.

Çinlə yanaşı, İsveçrə də sammitdə Rusiyanın iştirak etməsində israrlıdır. Pekin və Bern hesab edir ki, hər iki tərəfin iştirakı olmadan tədbirin heç bir mənası yoxdur.

Qeyd edək ki,Rusiyanın iştirakı məsələsi Ukrayna prezidenti Vladimir Zelenski ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlarda da gündəmə gəlib. Ukrayna lideri bu fikrə qarşı çıxıb. O hesab edir ki, sülh planını Moskvanın iştirakı olmadan başqa ölkələr hazırlamalıdır.

QAZİLER.AZ

Diaspora