Tramp ABŞ-ın kim tərəfindən idarə olunduğunu açıqlayıb

Tramp ABŞ-ın kim tərəfindən idarə olunduğunu açıqlayıb backend

ABŞ-ı hazırki prezident Cozef Bayden deyil, onun ətrafındakı məkrli insanlar idarə edir.

Bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.

“Məni hər zaman bir sual narahat edir: ABŞ-ı o (prezident Co Bayden – Qeyd) idarə edir? Əmin deyiləm ki, bu odur. Bilirəm ki, o qəbul olunan qərarları təsdiq etməlidir. Ətrafı nəyin necə olacağını soruşmalıdır, lakin o ətrafındakılara boş baxışlarla nəzər yetirir və təkliflərə razılaşır”, - Tramp iddia edib.

O, həmçinin qeyd edib ki, ABŞ-ı Baydenin ətrafındakı insanlar idarə edir, prezident isə bacardığı qədər tez uzanıb yatmağı düşünür.

Report.az

Diaspora