Nigeriyanın Maydaquri şəhərində törədilən partlayışda onlarla insan həlak olub. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, şahidlər partlayışın olduğu məsciddə hər kəsin öldüyünü bildiriblər. Ölkənin Şimal-Şərqindəki Mayduquru şəhərində törədilən terror aksiyasında təkcə məscidin içində 42 nəfərin öldüyü xəbər verilir.
Maydaquridə bir-birinin ardınca baş verən partlayışların radikal dini qruplaşma olan “Boko haram” tərəfindn törədildiyi güman edilir. Sentyabrın 20-də törədilən belə partlayışlardan birində 117 nəfər həlak olmuşdu.