Polşa və Almaniya bu ilin iyul ayına kimi Avropa İttifaqında çevik reaksiya qüvvələri formalaşdıracaq.
Qaziler.az “İnterfax"a istinadla xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış məlumat verib.
“Polşa və Almaniya Avropadakı çevik reaksiya qüvvələrinə görə məsuliyyəti öz üzərlərinə götürürlər”, - nazirliyin mətbuat xidməti nazirin sözlərindən sitat gətirib.
"İyul ayından bizim döyüş qruplarımız, 2500 Polşa əsgəri və 2500 Almaniya əsgəri dərhal reaksiya verməyə hazır olacaq. Bunlar “Strateji Kompas”ın tapşırıqlarını yerinə yetirən qüvvələrdir", - Kosiniyak-Kamış əlavə edib.
Aİ 2022-ci ilin yazında “Strateji Kompas” adlı müdafiə strategiyasını təsdiqləyib. Onun əsas elementləri arasında Avropa İttifaqının bölgədəki müxtəlif böhran vəziyyətlərinə güc yolu ilə cavab verməyə hazır olan 5 minə qədər hərbçini tez bir zamanda yerləşdirmək imkanı var.
QAZİLER.AZ