Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri yəhudi köçkünlərə qarşı sanksiyaların tətbiqini təsdiqləyib.
Qaziler.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cosef Borrel bildirib.
“Nazirlər sanksiyalarla bağlı siyasi qərar verdilər”, - o, deyib.
Borrelə görə. Hələ görüləsi “texniki işlər” var. Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri bəyan edib ki, Aİ İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqlara görə məsuliyyət daşıyan israilli vətəndaşlara qarşı sanksiyalar üzərində işləməyə davam edir.
QAZİLER.AZ