Hindistan polisi ölkənin neft və təbii qaz nazirliyindən gizli sənədləri ogurlayaraq bu işdə maraqlı kompaniyaya satan beş nəfəri həbs edib. Bunlar Şastri Bxavan hökumət binasında çalışan iki polis nəfəri – 56 yaşlı Aşvar Sinqx, 58 yaşlı Aşaram, Aşaramın iki oğlu və Qaziabad şəhərindən olan 39 yaşlı Rac Kumardır. O, ölkənin iri neft-qaz şirkəti Reliance İndustries Limitedin əməkdaşıdır.
Bundan başqa, keçmiş jurnalist, ANI biznes portalının sahibi də dindirilib. Polisin qənaətinə görə sənədlərin alıcısı məhz odur. Bəzi KİV-in yazdığına görə o da həbs olunub. Qazilər.az saytı Hindustan Times-ə istinadən bildirir ki, bu ölkənin neft və təbii qaz naziri Dxarmendra Pradxanın verdiyi məlumata görə bu vacib sənədlərin itməsi fevralın 17-də məlum olub.Vacib sənədlər oğurlanıb

