BMT Xirosima və Naqasakinin bombalanmasını qətliam hesab etdi

BMT Xirosima və Naqasakinin bombalanmasını qətliam hesab etdi backend

BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında nüvə silahının tərksilahı və yayılmaması mövzusunda çıxış edərək, Xirosima və Naqasakinin bombardman edilməsini qətliam adlandırıb, lakin buna görə ABŞ-ı ittiham etməyib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Yaponiya nüvə qırğınının amansız nəticələrini Yer kürəsinin hər hansı digər ölkəsindən daha yaxşı bilir", - Quterreş deyib.

Onun sözlərinə görə, Xirosima və Naqasakinin dağıdılmasından təxminən 80 il keçməsinə baxmayaraq, nüvə arsenalı hələ də dünya üçün “aydın və real təhlükə” yaradır.

QAZİLER.AZ

Diaspora