ABŞ administrasiyası Rusiya lideri Vladimir Putini prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu mətbuat konfransında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib. O qeyd edib ki, Putin “Rusiya prezidenti olaraq qalacaq”.
"Düşünürəm ki, ABŞ-dan təbrik zənglərinin olmayacağını əminliklə söyləmək olar", - ABŞ rəsmisi vurğulayıb.
QAZİLER.AZ