Ukraynada Hərbi Hava Qüvvələrinə yeni mətbuat katibi təyin edilib

Ukraynada Hərbi Hava Qüvvələrinə yeni mətbuat katibi  təyin edilib backend

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski mayor İlya Yevlaşı ölkə ordusunun Hərbi Hava Qüvvələrinin yeni mətbuat katibi təyin edib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumat Hərbi Hava Qüvvələrinin “Telegram” kanalında yer alıb.

Yevlaş ictimai əlaqələr üzrə yüksək vəzifəli şəxs olub. Bundan əlavə, o, Kiyevin müdafiəsində iştirak edən qrupun mətbuat xidmətinə rəhbərlik edib, həmçinin Xortitsa qrupunu təmsil edib.

Qeyd edək ki, yeni mətbuat katibi mayor polkovnik Yuri İqnatı əvəz edib. Onun vəzifədən azad edilməsi martın 16-da məlum olub. İqnatın başqa vəzifəyə təyinat aldığı bildirilir.

QAZİLER.AZ

Diaspora