Kral III Çarlzın ölüm xəbəri xalqa elan edilmir? - Saray qaydaları

Kral III Çarlzın ölüm xəbəri xalqa elan edilmir? - Saray qaydaları backend

“Britaniya monarxının ölümü halında, xüsusi qaydalar var, buna görə də Kral III Çarlzın gedişi barədə ən son xalq xəbərdar olacaq”.

Qaziler.az xəbər verir ki, bu sözləri Avropa İnstitutunun Britaniya Araşdırmaları Mərkəzinin rəhbəri Yelena Ananyeva NEWS.ru-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, faciə ilə bağlı əvvəlcə ailə üzvlərinə, sonra isə hökumətə məlumat verilir. Yalnız bundan sonra xəbər ictimailəşir.

“Onun ölümü ilə bağlı şayiələrə gəlincə, əgər fərz etsək ki, kədərli bir hadisə baş verib, o zaman xalqa bu barədə dərhal məlumat verilmir. Sarayda müəyyən qaydalar var ki, onlar sağlığında monarxın özü ilə razılaşdırılır. Bir qayda olaraq, kədərli xəbər əvvəlcə ailə üzvlərinə, sonra hökumətə çatdırılır və yalnız bundan sonra ictimaiyyətə məlum olur”, - Ananyeva izah edib.

Ekspert əlavə edib ki, monarxın ölümü elan edilənə qədər onun qanuni varisi Şahzadə Uilyam Londonda olmalıdır. Belə mərasimlər ciddi hazırlıq tələb edir.

Ananyeva hesab edir ki, kralın tərk edişi barədə britaniyalıların reaksiyasına gəlincə, bu, çox da sərt olmayacaq. Onun sözlərinə görə, III Çarlz reputasiya və nüfuz qazanmayıb, ona görə də II Yelizavetanın ölümünə bərabər rezonans gözləmək lazım deyil.

QAZİLER.AZ

Diaspora