Rusiya hökuməti videooyunlarda reklamın 15 saniyə ilə məhdudlaşdırılacağı, uşaqlar üçün oyunlarda isə müvafiq yaş məhdudiyyətləri və reklam məhsullarına tələblərin qoyulacağı qanun layihəsini yenidən baxılmaq üçün göndərib.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Video oyunların reklam üçün hər 20 dəqiqədən bir dəfədən çox olmayaraq dayandırılması təklif edildiyi aydınlaşdırılır.
Nəşr qeyd edir ki, hazırda Rusiyada videooyunlarda reklamın müddəti və məzmunu ilə bağlı qanuni tələblər, o cümlədən uşaq videooyunlarında reklam meyarları yoxdur. Təşəbbüs müəllifləri üçün xüsusi maraq doğuran “oynamaq üçün pulsuz” modelli oyunlardır ki, onların tərtibatçıları reklamlara baxmağı oyunun vacib hissəsinə çevirmişlər.
QAZİLER.AZ