“Amerikanın “Apple” şirkəti üçüncü dünya müharibəsi başlayacağı təqdirdə Rusiyadakı bütün “iPhone”ları söndürə bilər”.
Qaziler.az “nyus.ru”Ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, Texnologiya və Rabitə Komitəsinin sədr müavini Anton Qorelkin “YouTube” kanalına müsahibəsində deyib. Onun fikrincə, belə bir ssenaridə bəzi android smartfonları da bloklana bilər.
Əgər hərbi qarşıdurma tamamilə başqa mərhələyə keçərsə və son həddə çatarsa - mən bəzi ekspertlərin üçüncü dünya müharibəsi adlandırdığı şeydən danışıram, onda güman edirəm ki, “Apple” Rusiya Federasiyasında bütün “iPhone”ları və “Google” isə sönməmiş android telefonlarını söndürəcək”, - Qorelkin bildirib.
QAZİLER.AZ