"Oskar" mükafatlı britaniyalı - amerikalı ssenarist və prodüser Devid Saydler 86 yaşında Yeni Zelandiyada vəfat edib.
Qaziler.az bildirir ki, Deadline portalı bu barədə martın 17-də Seidlerin meneceri Ceff Aqassiyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ölüm bir gün əvvəl, martın 16-da ssenarist balıq tutarkən baş verib. Ölümün səbəbləri açıqlanmır.
Saydler ən böyük şöhrəti Britaniya kralı VI Corc haqqında 2010-cu ildə ekranlara çıxan “Kralın nitqi” filmi sayəsində qazanıb. Onun film üçün ssenarisi nüfuzlu "Oscar" və BAFTA mükafatlarına layiq görülüb. Bundan əlavə, onun filmoqrafiyasına 20-dən çox film və serial, o cümlədən “Onassis: Dünyanın ən zəngin adamı” (1988), “Taker: İnsan və onun arzusu” (1988), “Kral və mən” (1999), "Qızıl atəş" (1998) və "Qaranlıqdakı rəqqaslar" (1995) daxildir.
QAZİLER.AZ