Şimali Koreya Rusiyaya 7 min konteyner hərbi yardım göndərib

Şimali Koreya Rusiyaya 7 min konteyner hərbi yardım göndərib backend

Şimali Koreya Ötən ildən Rusiyaya sursat və digər hərbi texnikanın olduğu 7 minə yaxın konteyner göndərib.

Qaziler.az bildirir ki,  Sky News-un məlumatına görə, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von-Syik deyib.

O, bu barədə Cənubi Koreya ordusunun Şimali Koreyanın ölkənin şərq sularına qısa mənzilli ballistik raketlər atdığını bildirməsindən bir neçə saat sonra mətbuat konfransı zamanı bildirib.

ABŞ və Cənubi Koreya əvvəllər Şimali Koreyanı müharibə zamanı Rusiyaya mərmi və digər hərbi yardım göndərməkdə ittiham etmişdilər. Bunlar Rusiya və Pxenyanın təkzib etdiyi iddialardır.

Şin bildirib ki, Şimali Koreya əvvəlcə gəmilərə arxalanırdı, lakin son vaxtlar sərhədyanı silah daşımaları üçün dəmir yollarından getdikcə daha çox istifadə edir.

Onun sözlərinə görə, Pxenyan çox güman ki, hərbi dəstək müqabilində 9000 konteynerdən çox yardım alıb.

QAZİLER.AZ

Diaspora