Bir neçə gündür İtaliyada aramsız yağan yağış daşqınlara səbəb olub. APA TV-nin məlumatına görə, sel nəticəsində torpaq sürüşmələri qeydə alınıb.
Benevento vilayətində 70 yaşındakı bir qadın evini su basması nəticəsində həyatını itirib. Bundan başqa, daha iki nəfərin öldüyü deyilir. Beneventoda məktəblər cümə və şənbə günləri bağlı qalacaq.Vilayətin bəzi yerlərində suyun səviyyəsi 1 metrə çatıb. Sel nəticəsində İtaliyanın Lazio və Aquila vilayətlərindən yüzlərlə insan evakuasiya edilib.