Sunami dalğaları Çin və Yaponiya sahillərinə çatacaq London Universitetinin nüvə mühəndisi, İran əsilli Mehran Keş oktyabrın 17-də dünyanı sarsıdacaq dəhşətli zəlzələ proqnozu verib. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, alim zəlzələnin qərb yarımkürəsində baş verəcəyini bildirib. Mehran Keşin fikrincə, təkanlar o qədər güclü olacaq ki, onları balla qiymətləndirmək mümkün olmayacaq.
Zəlzələ nəticəsində Şimali Amerika Cənubi Amerikadan ayrılacaq. Sunaminin dalğaları Meksika körfəzinə və Karib dənizinə, daha sonra Çin və Yaponiya sahillərinə çatacaq. Fəlakət 40 milyon insanın həyatına son qoyacaq.Yeri gəlmişkən, hollandiyalı seysmoloq Frenk Huqerbits də bu il oktyabrın 12-dən 15-dək planetin hansısa nöqtəsində 8 bal gücündə zəlzələ baş verəcəyini elan etmişdi.